Polestar 2 elektrokarı modernləşdirilib

29 Aprel 2022 | 16:28
OXUNUB: 662

Polestar Tesla şirkətinin yolu ilə gedərək, ənənəvi irimiqyaslı restaylinq əvəzinə avtomobillərini vaxtaşırı təkmilləşdirməyə üstünlük verir. Buna görə də, təqdim edilən təkmilləşdirilmiş Polestar 2 liftbeki zahiri cəhətdən əvvəlki versiyalardan yalnız daha möhtəşəm təkər diskləri (19 və ya 20 düymlük) ilə fərqlənir. Əslində isə, daha çox yenilnəmə var.

Standard Range baza versiyası əvvəlki 64 kilovat-saatlıq batareyanın əvəzinə 69 kilovat-saatlıq yeni dartma batareyasını alıb. Ön oxdakı yeganə elektrik mühərrikinin gücü 224-dən 231 at qüvvəsinə, dolu batareya ilə yürüş ehtiyatı 420-dən 440 kilometrə (WLTP dövrü üzrə), DC şarj cihazının gücü isə 115-dən 130 kilovata qədər artırılıb. Avropada belə Polestar 2modelinin qiyməti 44.000 avrodan başlayır.

78 kilova-saatlıq batareya, bir və ya iki mühərrikli uzunmənzilli modifikasiyalar dəyişməz qalıblar. Ancaq Polestar 2 liftbekinin bütün versiyaları üçün yeni salon tərtibatı variantları təklif olunur. Təkrar emal edilmiş materiallardan hazırlanan materialların çeşidi genişlənib, lakin eyni zamanda, oturacaqların nappa dərisindən üzlükləri peyda olub. Nəhayət, iqlimə nəzarət sisteminin istilik nasosunun səmərəliliyi yaxşılaşdırılıb.

Bundan əlavə, Polestar istehsal zamanı yaradılan “karbon izinin” azaldığını bildirib. Xatırladaq ki, hələlik bütün Polestar 2 elektromobilləri Çində istehsal olunur. Dartma batareyasının korpusları üçün istifadə edilən alüminiumun təchizatçısı dəyişdirilib.

Yeni təchizatçı bərpa olunan enerjidən daha çox istifadə edir və bu, son nəticədə hər bir Polestar 2 elektromobili üçün CO2 emissiyasının 750 kiloqram azalması ilə nəticələnib. Bunun ardınca  təkər təchizatçısı dəyişdirilərək, “karbon izini “” istehal edilən hər bir avtomobil üçün daha 600 kiloqram azaldacaqdır.

autograph.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man