Nuran Abdullayev:"Yaxın gələcəkdə xərçəng xəstəliyinin bir çox növünə qarşı peyvəndlər olacaq"

29 Aprel 2022 | 15:00
OXUNUB: 882

Yaxın gələcəkdə xərçəng xəstəliyinin bir çox növünə qarşı peyvəndlər tətbiq olunacaq.

Bunu “Report”a müsahibəsində Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.

Onun sözlərinə görə, dünyada elə ölkələr var ki, orada artıq koronavirusla əlaqəli vəziyyət endemik mərhələyə keçib: "Yoluxmalar müəyyən formada sıfra yaxınlaşıb. Göstəricilərin bu qədər azalması COVID-19 əleyhinə peyvəndlərin qısa zaman ərzində hazırlanması idi. Bu cür texnologiya ilə peyvəndlərin qısa zaman kəsiyində hazırlanması o deməkdir ki, yaxın gələcəkdə də xərçəng xəstəliyinin bir çox növünə qarşı peyvəndlərin tətbiqi olacaq. Misal olaraq, kiminsə ailəsində risk faktoru və ya gendə olan dəyişikliklərə əsasən deyilə bilər ki, 30 yaşda olan birinin 60 yaşına qədər konkret xərçəng növünün adı çəkilərək yoluxma ehtimalı faizlə deyiləcək və xərçəngə qarşı hazırlanacaq vaksindən illik vurulsa, xərçəngə yoluxma riski faiz etibarı ilə çox aşağı düşə biləcək".

"Bu istiqamətdə ciddi elmi-araşdırmalara, tədqiqatlara başlanılıb. Həmin peyvəndlərin hazırlanma texnologiyası bu gün koronavirusa qarşı hazırlanan vaksinlərin hazırlanma texnologiyası ilə eynilik təşkil edir. Bu da tibbdə böyük inqilabi dəyişiklik ola bilər. Bundan başqa, dağınıq skleroz xəstəliyinə qarşı peyvəndlərin hazırlanması istiqamətində ciddi elmi uğurlar var. Bunun yaxın illər ərzində tətbiqinə şübhəm yoxdur" - N.Abdullayev əlavə edib.

Nuran Abdullayevin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man