Mənzillərin zirzəmisinin qaraj kimi satılması qanunsuzdur - AÇIQLAMA

29 Aprel 2022 | 15:39
OXUNUB: 826

Bir sıra çoxmənzilli binalarda zirzəmidə yerləşən sahənin qaraj kimi bina sakinlərinə satılması praktikası geniş yayılıb. Həmçinin bu sahələr həmin şəxslərə kirayə də verilə bilir.
Maraqlıdır ki, Mənzil Məcəlləsinin 35-ci maddəsində “yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlərin (o cümlədən, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi)) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur” – deyə qeyd olunub.

Əmlak sahəsi üzrə ekspert Ramil Osmanlı “Paralel.az ”a açıqlamasında bildirdi ki, əgər layihələndirmə zamanı binanın zirzəmisində qaraj sahəsi nəzərədə tutulmayıbsa, texniki mərtəbənin sonradan qaraj kimi vətəndaşa satılması yolverilməzdir və qanunvericiliyin tələblərinə ziddir: “Vətəndaş bilməlidir ki, həmin sahəni gələcəkdə heç bir halda öz mülkiyyətinə keçirə bilməyəcək. Mənzil Məcəlləsinin 35-ci maddəsi sahə mülkiyyətçilərinin ümumi əmlakını müəyyən edir və həmin ümumi əmlaka binanın yerləşdiyi həyətyanı torpaq sahəsi daxil olmaqla bütün qurğular, bir nəfərdən artıq şəxsə xidmət göstərən bütün qurğu və avadanlıqlar, o cümlədən binanın texniki mərtəbəsi daxildir”.

Ekspertin sözlərinə görə, bu texniki mərtəbə bütün binaların altında layihələndirmə zamanı nəzərdə tutulur: “Həmin hissə mülki-müdafiə üçün nəzərdə tutulur və fövqəladə vəziyyət halında vətəndaşların sığınacaq kimi istifadə etməsi üçündür. Elə binalar var ki, onun altında bir neçə mərtəbə texniki mərtəbə kimi nəzərdə tutulur. Onlrdan biri layihələndirmə zamanı qaraj kimi, digəri texniki mərtəbə kimi nəzərdə tutulur. Bu halda qaraj kimi layihələndirilən hissənin satılması qanunvericiliklə təsdiq olunur. Təkcə texniki mərtəbənin satılması isə yolverilməzdir”.

Problemin həlli üçün vətəndaşların qanunvericiliyin tələblərinə uyğun şəkildə 50+1 həddini nəzərə alaraq ümumi yığıncaq çağıra biləcəyini deyən R. Osmanlı sakinlərin yığıncaqda idarəetmə ilə bağlı yeni qərar qəbul etməli, binanın idarəetməsindən Mənzil Tikinti Kooperativini uzaqlaşdırmalı olduğunu deyib: MTK-nın mənzil idarəçiliyində özbaşına qalması qanunvericiliklə yolverilməz haldır. Vətəndaşlar öz hüquqlarından istifadə edib, onları bu prosesdən kənarlaşdırmalıdırlar. Həmçinin vətəndaşlar bununla bağlı məhkəməyə də müraciət edə bilərlər”.

“MTK-lar həmin qarajları yalnız müqavilə ilə satır ki, gələcəkdə həmin sahəni özəlləşdirmək və qeydiyyata almaq üçün hüquqi əsası yoxdur. MTK-lar qazanc mənbəyi kimi həmin həmin ərazini kirayə də verirlər ki, vətəndaşlar öz hüquqlarından istifadə edib bunun qarşısını almalıdırlar”, - deyə ekspert əlavə edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man