Rusiya Xəzər dənizindən Ukraynaya "Kalibr" raketləri atır - XƏBƏRDARLIQ EDİLİR

18 Mart 2022 | 20:42
OXUNUB: 3395
Ukrayna hərbçiləri Rusiyanın Xəzər dənizindən atdığı raketləri qeydə alır. Onları müşahidə etmək çətindir. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının mətbuat katibi Yuri İqnat "RBK-Ukrayna"ya müsahibəsində danışıb.

"Vəzifəmiz raketin uçduğu barədə xəbərdarlıq etməkdir. Biz raketlərin əksəriyyətini aşkar edirik, onların haradan buraxıldığını və uçuş istiqamətini görürük. Əgər o, məsələn, Krımdan Kiyev istiqamətində uçursa, hava hücumu siqnalı işə salınır. Alqoritmə uyğun olaraq, onun hara vura biləcəyini hesablayırıq. Amma strateji raketdaşıyıcılardan, hətta Xəzərdən belə zərbələr da olub - onları izləmək çətindir", - o bildirib.

O qeyd edib ki, istənilən halda hava hücumu siqnalı səslənəndə insanlar öz təhlükəsizlikləri üçün bütün tədbirləri görməlidirlər.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının daha əvvəl yaydığı məlumatına görə, Rusiya hərbi sənaye kompleksinin raket və sursat istehsal edən müəssisələri gecə-gündüz iş rejiminə keçirlər. (virtualaz.org)
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man