Qubada kişi keçmiş həyat yoldaşını balta ilə öldürmək istəyib. Bu zaman onların qızı stəkanla atasının başından vuraraq anasını xilas edib.
Avtosfer.az-ın məlumatına görə, hadisə Qubanın Səbətlər kəndində baş verib. İddia olunur ki, 38 yaşlı Elşən Muradov keçmiş həyat yoldaşı Gülnar Muradovanın yaşadığı ana evinə gələrək onu balta ilə öldürmək istəyib. Onların qızı isə son anda buna mane olub. Qeyd edək ki, Quba Rayon Prokurorluğunun yaydığı məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib və Elşən Muradov qayınanasına məxsus evə gələrək balta ilə keçmiş həyat yoldaşı Gülnar Muradovanın baş nahiyəsinə 2 dəfə zərbə endirib. Sonuncunun yerə yıxılmasından sonra Elşən Muradov əlləri ilə onu boğmaq istəyib. Lakin qızının stəkanla onun baş nahiyəsinə zərbə endirməsi səbəbindən o, cinayət əməlini başa çatdıra bilməyib. Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin "qəsdən adam öldürməyə cəhd" maddəsi ilə cinayət işi başlanıb. Elşən Muradov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Yaralanan qadın isə hazırda xəstəxanada həkim nəzarətindədir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man