İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı məhkəməyə verilən şikayətlər üçün iddia müddətinin axımının dayandırılması halları təkmilləşdirilir.
Avtosfer.az-ın xəbərinə görə, bununla bağlı İnzibati Prosessual Məcəlləyə dəyişiklik təklif edilir. Həmin hallardan biri məcəllənin 38.3.2-ci maddəsinə uyğun olaraq mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin apellyasiya şuralarının qərarlarından Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına verilmiş şikayətə baxılması zamanı müddətin axımının dayandırılmasıdır. Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası 2020-ci ilin əvvəlindən etibarən COVİD-19 pandemiyası ilə əlaqədar fəaliyyət göstərmir. Eyni zamanda ixtisaslaşmış inzibati məhkəmələrin formalaşdırılması ilə əlaqədar bundan sonra yalnız mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin apellyasiya şuralarının fəaliyyət göstərməsi nəzərdə tutulub. Qeyd edilənlərə əsasən İnzibati Prosessual Məcəllənin 38.3-cü maddəsinə müvafiq dəyişiklik hazırlanıb. Dəyişikliyə əsasən, mübahisələndirmə və məcburetmə haqqında iddia növlərində olan şikayət mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin apellyasiya şuralarına verildiyi halda, həmin şikayətlərdən məhkəməyə şikayət verilməsi üçün İPM-nin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulan iddia müddətinin axımının, həmin şuraların şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılması təklif edilir. Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunub və parlamentin plenar iclasına tövsiyə olunub.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man