Yunanıstan Türkiyənin hava məkanını pozub

29 Aprel 2022 | 00:15
OXUNUB: 13112

Türkiyə Xarici İşlər Nazirliyi yunanıstanlı həmkarlarının Egey dənizindəki hava qüvvələri ilə bağlı iddiasına cavab verib.

Bildirlib ki, Yunanıstan XİN-in açıqlamaları həqiqəti əks etdirmir. “Yunanıstan Hərbi Hava Qüvvələri 26-28 aprel 2022-ci il tarixləri arasında Didim, Datça və Dalamanda ölkəmizin hava məkanını dəfələrlə pozaraq Türkiyə sahilləri yaxınlığında təxribat xarakterli uçuşlar həyata keçirib. Hərbi Hava Qüvvələrimiz döyüş qaydalarına uyğun olaraq bu təxribatçı uçuşlara və pozuntulara cavab verib. Gərginliyi başlayan və artıran tərəf Yunanıstan olsa da, ölkəmizi əsassız ittihamlarla ittiham etmək iki ölkə arasında son vaxtlar müsbət gündəm və mehriban qonşuluq münasibətləri ilə bir araya sığmır. Biz Yunan tərəfinin təxribatçı hərəkətlərinə və ritorikasına son qoymasını, bu cür hadisələrin bir daha təkrarlanmaması üçün həm ikitərəfli, həm də NATO çərçivəsində başlanmış etimad tədbirləri prosesini səmimi şəkildə dəstəkləməsini gözləyirik”, - deyə qurumun bəyanatında qeyd olunub.

Mənbə: “Haber Global”

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man