Altı il əvvəl avtomobil satan şəxsin sürücülük hüququ əlindən alınıb TƏFƏRRÜAT - VİDEO

Nəqliyyat xəbərləri 28 Aprel 2022 | 22:00
OXUNUB: 3287

Altı il əvvəl avtomobilini baş etibarnamə ilə satan Bakı sakini Vaqif Bağırov problemlə üzləşib. Həmin avtomobilin cərimə protokolları hələ onu satan şəxsə gəlir.

Avtosfer.az-ın məlumatına görə, V.Bağırov deyir ki, qardaşı Əlövsət Bağırovun adına dövlət qeydiyyat nişanı ''90-ZL-475'' olan "Niva" markalı avtomobili olub. O, 2016-cı ildə həmin maşını satıb. Alan şəxsə avtomobili adına keçirməsi üçün etibarnamə verib. Ancaq hələ də həmin şəxs maşını adına keçirməyib. V.Bağırov bildirir ki, 2017-ci ildən bu günə qədər hələ də həmin avtomobil saxlanmayıb. Cərimələri ödənilmədiyi üçün bu yaxınlarda onun qardaşı Sabunçu məhkəməsinə dəvət edilib və sürücülük hüququ əlindən alınıb.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Mübariz Ağayev bildirdi ki, 2015-ci ildən başlayaraq həmin avtomobil Əlövsət Bağırov və onun etibar etdiyi adam tərəfindən ümumilikdə 4 nəfərə müxtəlif vaxtlarda etibar edilib. Hazırda həmin etibarnamələrin hamısının müddəti bitib və bu səbəbdən də avtomobilə yazılan cərimə protokolları real vaxt rejmində əvəlki sahibi Əlövsət Bağırovun adına göndərilir. Vətəndaş yaranan problemlə əlaqədər olaraq Baş Dövlət Yol Polisi İdarəsinə gəlməli və yaxud ərizə ilə müraciət etməlidir. Onun müraciəti araşdırılacaq və qanuna müvafiq addım atılacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man