Sumqayıtda yataqxananın zirzəmisi kanalizasiya suları ilə dolub. Mövcud vəziyyət səbəbindən ərazini üfunət bürüyüb.
Avtosfer.az-ın məlumatına görə, yataqxana binası günü- gündən qəzalı vəziyyətə düşür. Sözügedən yataqxananın sakinləri idda edirlər ki, illərdir onların şikayətinə məhəl qoyan yoxdur. Zirzəməyə axan kanalizasiya suları isə xəstəlik mənbəyinə çevrilib. Ərazidə çəkiliş apararkən özünü Qubadlı Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal İdarəsinin rəisi kimi təqdim edən şəxsin təzyiqi ilə üzləşdik. Adı çəkilən qurum rəsmisi yataqxanada olan problemi ört-basdır etmək üçün bizi ərazidən uzaqlaşdırmağa da cəhd göstərdi. Əməkdaşlarımızın məsələyə müdaxiləsindən sonra "Azərsu" ASC-nin Sumqayıt Sukanal İdarəsinin əməkdaşları əraziyə gəldilər və zirzəmidəki kanalizasiya sularının çəkilməsinə başladılar. Problemin qısa vaxt ərzində tamamilə həll ediləcəyi bildirildi.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man