Türkiyənin İstanbul şəhərində axşam saatlarında avtomobil qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, avtomobil sürücüsü polisinin "saxla" əmrinə tabe olmayaraq polisdən qaçmağa çalışıb.
Sürücü ilk öncə İstanbul Bələdiyyəsinin xidməti avtobusu, daha sonra başqa bir avtomobillə toqquşub.
Hadisəni törədən şəxs saxlanılıb.
Qəza nəticəsində xidməti avtobusun sürücüsü xəsarət almayıb, amma digər avtomobillərə böyük maddi ziyan dəyib.
Polis əməkdaşları tərəfindən avtomobilə baxış keçirilən zaman 1 tapança və narkotik maddə götürülüb.
Sonxeber.az
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man