Qırıcıdan 17 dəfə sürətli iki böyük asteroid Yerə doğru uçur

28 Aprel 2022 | 17:44
OXUNUB: 889

 

Yerə doğru iki asteroid gəlir.

Ən böyük yaxınlaşma aprelin 28-i və mayın 9-da baş verəcək.

Aprelin 28-də ölçüsü təxminən 350-780 metr olan nəhəng asteroid Yer kürəsinin yaxınlığından uçacaq. Bu barədə “Newsweek” məlumat yayıb.

Asteroidin planetimizin yanından 37 000 km/saat sürətlə uçacağı bildirilir. Ancaq bundan cəmi bir neçə gün sonra potensial olaraq daha böyük olan başqa bir asteroidin də Yer kürəsinin  yanından keçəcəyi qeyd edilir.

9 may 2022-ci ildə Yerə ən yaxın məsafədən keçəcək ikinci asteroidin təxmin edilən ölçüsü 380-860 metrdir. Onun sürəti daha da çox olacaq - təqribən 40 000 km/saat. İkinci asteroidin sürətinin tüfəngdən atılan güllədən on iki yarım dəfə və ya reaktiv qırıcıdan 17 dəfə çox olduğu bildirilir.

Daha əvvəl “Hubble” teleskopu iki qalaktikanın toqquşma anının fotosunu çəkmişdi. Qalaktik qarşılıqlı təsir VV689 sistemini, demək olar ki, tamamilə simmetrik edib və indi onlar nəhəng qalaktik qanadlara bənzəyir.

oxu.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man