İki gün öncə İrəvanda baş nazir Nikol Paşinyanın kortejinin hamilə qadını vuraraq öldürməsi cəmiyyətdə ciddi narazılıqlara səbəb olub. Hadisəni törədən və kortejin önündə gedən həmin yol polisi haqqında isə heç bir məlumat verilmir. Bu gün isə yerli media yol polisi əməkdaşı ilə sürücü arasında yaranmış gərgin dialoqu əks etdirən bir video yayıb. Görünütülərdən aydı olur ki, mübahisə edən vətəndaş insanların üstündən soyuqqanlı şəkildə keçən polisi qınayır və onun övladlarının həyatının dünən vurularaq öldürülən qadın və uşağının həyatı qədər vacib olduğunu deyir. O, vətəndaşların həyatının yol polisləri üçün vacib olmadığını iddia edəndə erməni polis telefonunda məlum hadisənin videosunu göstərərək deyir ki, "Bax, əslində qadın özü maşının üstünə qaçır!".
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man