General qohumunun yeni təyinatı QALMAQAL YARATDI

Gündəm 28 Aprel 2022 | 12:23
OXUNUB: 28521

Azərbaycan mediasında bəzi xəbər saytları "Vilayət Eyvazov generalın qohumunu yüksək vəzifəyə təyin etdi" başlıqlı məlumat yayıblar.

Xəbərdə bildirilir ki, daxili işlər nazirinin əmri ilə polis polkovnik-leytenantı Şahin Əliyev Səbail rayon Mühafizə İdarəsinin rəis müavini vəzifəsindən azad edilərək  Abşeron rayon Mühafizə Şöbəsinə rəis müavini təyin edilib. 

Eyni strukturlu bir idarənin rəis müavini digər idarənin rəis müavini vəzifəsinə təyinat alırsa bu "yüksək vəzifə" sayılırmı?

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov Avtosfer.az-a bunu belə şərh edib:

"Əvvəlcə xəbəri yayan media nümayəndəsindən soruşmaq istərdim ki, paytaxtın mərkəzi rayonunda olan idarənin rəis müavini paytaxtdan kənar rayondakı şöbəyə rəis müavini təyin edilirsə, bu məgər, yüksək vəzifəyə keçirilmə hesab olunur?

Məsələnin mahiyyətini bilməyən xəbər müəllifinə bildirmək istərdim ki, bu təyinat yüksək vəzifəyə deyil, tutduğu postdan daha aşağı vəzifəyə rotasiya qaydasında keçirilməsi halıdır. O ki qaldı əməkdaşın kiminsə qohumu olmasına, bu məsələnin daxili işlər orqanlarında xidmət keçən əməkdaşların yerlərinin dəyişdirilməsi ilə heç bir bağlılığı yoxdur". 

Qeyd edək ki, mediada yayılan məlumata görə, Ş.Əliyev DİN-in Baş Mühafizə İdarəsinin sabiq rəisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini general-mayor Yaşar Əliyevin qohumudur.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man