Putin-Zelenski görüşü nə vaxta planlaşdırılır? - Ukraynadan açıqlama

17 Mart 2022 | 20:00
OXUNUB: 1949
"Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüşün təşkili üzərində iş işğal altındakı Donbasın Ukraynaya verilməsi düsturunu tapdıqdan sonra baş tutacaq”.

Sfera.az unian.net-ə istinadən xəbər verir ki, bunu Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak deyib.

"İşğal olunmuş ərazilərlə bağlı Ukraynanın mövqeyi dəyişməz olaraq qalır: ölkənin sərhədləri dəyişdirilə bilməz. Bununla belə, mən hesab edirəm ki, biz öz mühakimələrimizdə ayıq olmalıyıq. De-yure Krım, Donetsk və Luqansk Ukraynanın bir hissəsi olaraq qalır, lakin biz de-fakto onlara nəzarət etmirik, orada Rusiya administrasiyası işləyir. Əsas suallardan biri bu əraziləri necə idarə etməkdir. Danışıqlar davam edir. Biz hüquqi düstur axtarırıq. O, tapıldıqda, Ukrayna və Rusiya prezidentləri xüsusi görüşdə danışıqları davam etdirəcəklər” - Podolyak bildirib.

O, görüşün Rusiyadan başqa istənilən ölkədə keçirilə biləcəyini qeyd edib: 

"Şərtlə bağlı işi başa vuran kimi görüş təşkil etməyə başlayacağıq. Bu, növbəti həftələrin mövzusu olacaq. Amma yer bizim üçün önəmli deyil. Rusiyadan başqa hər yer mümkündür”.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man