“Qanlıgöl”ə zibil atan vəzifəli şəxs və sürücü CƏZALANDIRILDILAR

28 Aprel 2022 | 13:09
OXUNUB: 620

“Qanlıgöl”ə zibil atan vəzifəli şəxs və sürücü cərimələniblər.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 27-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının birgə keçirdikləri tədbirlər zamanı Yasamal rayonunun “Qanlıgöl” adlanan ərazisində ZİL markalı yük avtomobili ilə qarışıq tullantıların boşaldılması və qalaqlanması aşkar edilib.

Qaradağ rayonu ərazisində keçirilə tədbir zamanı isə sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsinə əməl edilməməsi aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə ZİL markalı avtomobilin sürücüsü Bəhram Sərdarov və “Qədim” kiçik müəssisəsinin vəzifəli şəxsi Nizami Sahibcanov barəsində inzibati protokollar tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man