Xəbər verdiyimiz kimi, ötən gün Bakının Qaradağ rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun sözügedən qəza ilə bağlı yeni məlumatlar əldə edib.
Belə ki, qəzadan bir neçə dəqiqə öncə Bakı şəhər sakinləri 1984-cü il təvəllüdlü Qurbanov Emil Məhəmməd oğlu və 1967-ci il təvəllüdlü Cəfərov Səyavuş Əyyub oğlu maşını imsak etmək üçün saxlayıblar. Bu zaman Əsədzadə İbrahim Qaraş oğlu nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etdiyi “Chevrolet” markalı, 99-PC-811 dövlət qeydiyyat nişanlı maşınla paytaxt istiqamətində hərəkətdə olarkən, yol kənarında saxladıqları avtomobildən düşüb piyada qismində dayanan şəxsləri vurub, eyni anda Səyavuş Cəfərova məxsus “Mercedes” markalı, 90-CR-455 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə çırpılıb.
Məlumata görə, qəzanı törədən İbrahim Əsədzadə həbsdən yeni çıxıbmış.
Qəza nəticəsində hadisə yerində ölən S.Cəfərov və E.Qurbanov iş yoldaşı olublar. Əslən Ordubadın Aza kəndindən olan E.Qurbanovun üç övladı var.
Qeyd edək ki, əsas fotoda qəzada həlak olan Emil Qurbanovdur.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man