İcbari Sığorta Bürosundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı müraciət alan şirkətlər icbari sığorta müqaviləsini bağlamaqdan imtina edə bilməzlər:
“Bu hal mövcud sığorta qanunvericiliyində öz əksini tapıb. İcbari sığorta qanunları ilə üzərinə icbari qaydada sığorta etdirmək vəzifəsi qoyulan şəxs müvafiq icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçını sərbəst seçmək hüququndan istifadə etməklə müvafiq icbari sığorta müqaviləsini bağlamağa borcludur. İcbari sığorta növünü aparmağa icazəsi olan sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz”.
Qeyd edilib ki, sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz:
“Eyni zamanda, icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçı müvafiq icbari sığorta müqaviləsini bağlamaqdan imtina edə bilməz. Əgər vətəndaş sığorta ilə bağlı şirkətə müraciət edirsə, onun bu istəyi sığorta şirkəti tərəfindən təmin olunmalıdır. Əks halla qarşılaşan vətəndaşlar (sürücülər) sığorta sektorunda dövlət tənzimlənməsini və nəzarəti həyata keçirən Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etmək hüququna malikdirlər”.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man