DYP Qaradağda iki nəfərin öldüyü qəza barədə açıqlama yaydı - ŞOK VİDEO

İctimai nəqliyyat 27 Aprel 2022 | 16:57
OXUNUB: 2314

DİN-in Baş DYP İdarəsi Qaradağ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb. İdarədən Avtosfer.az-a daxiln olan məlumatda bildirilir ki, bu gün saat 03:15 radələrində Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisindən keçən 65-ci kilometrliyində Bakı şəhər sakini 1995-ci il təvəllüdlü Əsədzadə İbrahim Qaraş oğlu nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etdiyi “Chevrolet” markalı, 99-PC-811 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə hadisə törədib. O, paytaxt istiqamətində hərəkətdə olarkən yol kənarında saxladıqları avtomobildən düşüb piyada qismində dayanan Bakı şəhər sakinləri 1984-cü il təvəllüdlü Qurbanov Emil Məhəmməd oğlunu və 1967-ci il təvəllüdlü Cəfərov Səyavuş Əyyub oğlunu vurub. Eyni anda sonuncuya məxsus “Mercedes” markalı, 90-CR-455 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəsində S.Cəfərov və E.Qurbanov hadisə yerində həlak olublar. Faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onlardan xüsusilə günün qaranlıq vaxtı, eləcə də məhdud görünmə şəraitində avtomobillərinin dayanma, durma, yaxud parklanması zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxslərdən isə avtomobillərini təcrübəsiz və müvafiq idarəetmə hüququ olmayan şəxslərə etibar etməkdən çəkinməyi xahiş edir.

"Unutmamalıyıq ki, səhlənkarlığın aqibəti hansısa faciənin ilkin mərhələsidir!".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man