BNA parklanma üçün şərait yaratdı, sürücülər yenə öz bildiyini etdi - FOTO

27 Aprel 2022 | 21:15
OXUNUB: 1510

Bakının mərkəzində - Yasamal rayonu, Bəsti Bağırova küçəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən geniş parklanma yeri yaradılıb. Avtosfer.az xəbər verir ki, bir neçə ay davam edən təmir işlərindən sonra artıq küçədə həm avtomobillərin hərəkəti təmin edilib, həm də küçəboyu normal parkinq yerləri yaradılıb. Burada demək olar ki, ideal küçə nümunəsini görmək mümkündür. Zebralar, səkilər, nişanlar, nişanlanma xətləri mövcuddur. Eyni zamanda, parklanma yerini və parklanma qaydasını göstərən nişanlar da var. Amma sürücülər yenə də öz bildiyini edir.

Vətəndaşlardan birinin Avtosfer.az-a göndərdiyi fotolardan aydın olur ki, sürücülər avtomobili səkidə saxlayır, piyadalara mane olur. Eləcə də nişanlara və məlumat lövhələrinə fikir vermədən parklanma qaydasını pozarurlar.

Yəni, burada hazırda kim necə istəyir elə də edir. Amma nəzərə almaq lazımdır ki, yaxın vaxtlarda həmin ərazidə ödənişli parkinq yaradılması nəzərdə tutulur və bütün texniki vasitələrlə təmin edildikdən sonra orada xaosa son qoyulacaq.

 

Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man