İsrail “Mobileye” proqramını genişləndirərək sürücüsüz taksilərin tətbiqinə başlamağa hazırlaşır. Avtosfer.az-ın canal.fr-ə istinadla xəbərinə görə, ölkədə 4-cü sinif yarımmüstəqil avtomobillərə yaşıl işıq yandırılması planlaşdırılır. Yəni bu avtomobillər sürəti səhv salmır və tələsmir.
Bu günlərdə sürücüsüz taksi ilə Qüds şəhərində gəzinti təşkil edilib. 40 dəqiqəlik turda sürüsüz avtomobil sürət rejiminə və yol işarələrinə əməl edib, piyadalara yol verib.
İlin sonunadək 50 belə avtomobilin hazırlanması nəzərdə tutulur. Avtomobil çox sayda kamera və radarla təchiz olunub. Bu da insanın görə bilmədiyi maneə və təhlükəni daha tez görməyə imkan verir.
Vüqar
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man