"Ukrayna da, Rusiya da müzakirələrdə mövqeyini yumşaldacaq" - ŞƏRH

Media 17 Mart 2022 | 12:25
OXUNUB: 761
Dünən Rusiya prezidenti Vladimir Putin çıxışı zamanı Ukraynadakı xüsusi hərbi əməliyyatın sonadək davam edəcəyini söyləyib. "Kiyev ətrafında Rusiya qoşunlarının olmasının Ukraynanın işğal edilməsi niyyəti ilə əlaqəli deyil”, - deyə dövlət başçısı vurğulayıb. Digər tərəfdən bu istiqamətdə siyasi şərhçilərin, analitiklərin də fikirləri müxtəlifdir. Bir qism Putinin çıxışına rəğmən tezliklə müharibənin bitəcəyini, bir qism isə uzanacağını istisna etmir.
 
Sfera.az-ın məlumatına görə, bununla bağlı politoloq Nazim Cəfərsoy deyib ki,  Rusiya ilə Ukrayna arasındakı siyasi müzakirələrin əsas çərçivəsi mart ayının sonunda daha aydın görünəcək. O vurğulayıb ki, hələlik tərəflər diplomatik müzakirələrdə maksimum tələblərlə çıxış edirlər:

"Amma zamanla hər iki tərəf müzakirələrin gedişatına uyğun olaraq, mövqeyini nisbətən daha yumşaldacaq. Bu müzakirələrdə hücuma məruz qalan Ukraynanın mövqeyi realpolitika baxımdan daha zəifdir. Fikrimcə, Rusiya diplomatik masada üstünlüyü daha da gücləndirmək üçün müharibəyə ən az martın sonuna qədər davam edəcək.  Bu həm də Moskvaya Qərblə prosesi razılaşdırmaq üçün lazımdır”.

Politoloq əlavə edib ki, ümumilikdə Rusiya ilə Ukrayna arasındakı müzakirələrin nəticəsi bir tərəfin "qazandım" deyə biləcəyi razılaşma olmayacaq:

"İmzalanacaq razılaşmada  bu prosesin bütün tərəflərinin - Rusiya, Ukrayna, Qərb, separatçılar, üçüncü tərəflər -  "qazandım" deyə biləcəyi məqamlar təbii ki var. Ancaq sözügedən anlaşmanın çərçivəsinin müəyyənləşməsində savaş meydanındakı real mənzərə əsas amil olacaq”.

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man