Meyxanaçı Pərviz Sabirabadlıya ağır itki üz verib.
Sfera.az xəbər verir ki, sənətçinin atası vəfat edib.
Bu haqda BAKU.WS-ə açıqlama verən meyxanaçı Orxan Lökbatanlı məlumatı təsdiqləyib. O, mərhumun uzun sürən xəstəlikdən dünyasını dəyişdiyini bildirib.
Qeyd edək ki, Pərvizin atası xəstəxanalardan birində həkim işləyirmiş. O, bu gün Sabirabadda dəfn olunacaq.