Avtomobilini kanala aşıran, lal olduğu deyilən şəxsin meyiti TAPILDI - FOTO - VİDEO

27 Aprel 2022 | 11:09
OXUNUB: 527

Avtomobili ilə Qarabağ kanalına düşərək boğulan şəxsin meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, aprelin 16-da Yuxarı Qarabağ kanalının Yevlax şəhəri, Aran qəsəbəsi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan, 1999-cu il təvəllüdlü İsmayılzadə Sərxan Rizvan oğlunun axtarışları başa çatıb.

S.İsmayılzadənin meyiti kanalın Yevlax şəhəri, Malbinəsi kəndi ərazisindən keçən hissəsində (batdığı yerdən təqribən 20 km aralı) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, sosial şəbəkədə yayılan məlumatlarda S.İsmayılzadənin lal olduğu bildirilmişdi. Bir müddət öncə onun idarə etdiyi avtomobil kanaldan tapılaraq çıxarılsa da, Sərxanın axtarışları davam edib.

Avtomobilin kanaldan çıxarıldığı görüntüləri təqdim edirik:

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man