Zelenski əsir götürülən rusiyalı hərbçilərinin sayını açıqladı - ŞOK RƏQƏM

16 Mart 2022 | 21:40
OXUNUB: 3546
Ukrayna prezidenti Volodimir Zelenski Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanla danışıqlar zamanı Ukrayna Silahlı Qüvvələrinin iki min rusiyalı hərbçini əsir götürdüyünü bildirib.

"Artıq iki min əsir var, şahidlər var, video sübutlar və onların təzyiq olmadan verdikləri ifadələr var”, - deyə Zelenski bildirib.

O vurğulayıb ki, Ukraynaya əzab gətirən, insanların həyatına son qoyan bütün cinayətkarlar cavab verməlidir.

"Rusiyanın Ukraynaya təcavüzü nəticəsində törədilmiş heç bir hərbi cinayət və insanlığa qarşı cinayət cəzasız qalmamalıdır. Hər bir günahkar, icraçılardan tutmuş işğalçı ölkənin hərbi-siyasi rəhbərliyinə qədər, beynəlxalq hüquqi və cinayət məsuliyyətinə cəlb edilməlidir", - Zelenski əlavə edib.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man