Britaniya Ukraynaya səsdən sürətli raketlər verəcək

27 Aprel 2022 | 10:18
OXUNUB: 830

Böyük Britaniya bir neçə həftədən sonra Ukraynanı yüksək texnologiyalı raketlərlə təmin edə biləcək.

Avtosfer.az-ın məlumatına görə, bunu Böyük Britaniya müdafiə nazirinin müavini Ceyms Hippi bəyan edib.

O bildirib ki, Ukrayna son vaxtlar yerüstü hədəfləri məhv etmək üçün uzaqmənzilli operativ-taktiki raketlərin tədarükü üçün müraciət edib və Böyük Britaniya hökuməti bununla bağlı “Brimstone” raketlərinin tədarükü məsələsini öyrənirdi:

“Müdafiə nazirinin bu ehtimalı təsdiqləmək üçün parlamentə bəyanatla qayıtmasını gözləyirdik. Lakin texnikilərimizin işləmə sürəti ilə mən parlamentə bir neçə həftə ərzində “Brimstone” raketləri Ukraynaya təqdim edə biləcəyimizi bildirməkdən məmnunam”.

Qeyd edək ki, 49 kiloqramlıq “hava-yer” tipli İngilis mərmisi “Brimstone” ikili izləmə sisteminə malikdir. Həm lazer, həm də radarla idarə olunur. Bir raketin qiyməti 175 000 funt sterlinqdir (263 000 ABŞ dolları).

Təkmilləşdirilmiş sistem raketin 100 km/saatdan çox sürətlə hərəkət edən hədəfləri vurmağa imkan verir. Müasir zireh növləri və hava hücumundan müdafiə vasitələri səsdən sürətli raketin qarşısında acizdir.

“Report”

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man