Rusiyada avtomobil istehsalında şok geriləmə - 32 faiz

27 Aprel 2022 | 00:04
OXUNUB: 4527

Cari ilin ilk rübündə Rusiyada 248 700 minik avtomobili istehsal olunub ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 32% azdır.

 Avtosfer.az-ın motor.ru-ya istinadla xəbərinə görə, bu barədə “Russian Automotive Market Research” marketinq agentliyi məlumat yayıb. 
Geriləmədən ən çox minik avtomobili istehsalçıları əziyyət çəkib. 2021-ci illə müqayisədə istehsal fevralda 60,5, martda 70% azalıb. 
Hesabat dövründə yüngül kommersiya avtomobillərinin istehsalı 10% geriləyərək 25 200-ə düşüb. 
Avtobus və yük avtomobillərinin sayı isə nisbətən artıb. Rüb ərzində 2700 avtobus (6% çox) və 17 400 yük avtomobili (9% çox) istehsal edilib. 
 
Maraqlıdır ki, statistikanı böyük xəbər agentliklərinin heç biri yaymayıb. Səbəb məlumdur.

Vüqar Yaşaroğlu 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man