Pis reputasiyalı mühərriki təmirsiz halda 1 milyon km sürdü - FOTO

Maraqlı 27 Aprel 2022 | 09:13
OXUNUB: 1167

Fransanın Uaz kommunasının sakini təxminən 1 milyon km sürdüyü “Peugeot 307” ilə avtomobil saytlarının diqqət mərkəzindədir. Avtosfer.az-ın xəbərinə görə, sahibi 2006-cı ildə istehsal edilmiş bu avtomobili 2007-ci ildə cəmi 6000 km qət etmiş vəziyyətdə alıb. Sonra isə işinə görə həftədə 2000 km yol qət edib. Artıq 5-ci ilində maşın 400 000 km qət etmişdi. 
Maraqlıdır ki, sürücü vaxtı məhdud olsa da, servisi ləgitməyib. Avtomobil 45 dəfə servisə girib, 11 texniki baxış keçib. Avtomobildə 2 dəfə sürət qutusu dəyişdirilib. Turbokompressorlu mühərrik isə orijinaldır. 998 000 km-də generator sıradan çıxıb. 
İndi sürücünün bir istəyi var: mayın 26-da avtomobili istehsal edən zavoda gedərək istehsalçıya təşəkkür etmək. O həm də elə etmək istəyir ki, sayğac zavodun qarşısında sıfırlansın. Başqa sözlə, milyon km zavodun qapısında tamamlansın. Yəqin ki, bunun üçün evakuator xidmətindən istifadə lazım gələcək. 

Buradan bir haşiyə çıxaq: Azərbaycanda sürücülərin çoxu turbokompressorlu mühərrikdən ehtiyat edir, bu detal etibarsız hesab olunur. Halbuki ölkəmizdə bu detalın tez sıradan çıxmasına əsas səbəb vaxtında və uyğun yağdan istifadə edilməməsi, hava filtrinin gec dəyişilməsi və digər təlimatlara əməl edilməməsidir. 
Turbokompressorlu mühərriki olan avtomobil dayandıqda sonra aşağı dövrdə azı 2 dəqiqə işləməlidir ki, kompressorda yağlama və soyuma baş versin. Çünki mühərrik söndükdən sonra da kompressorun valı azı 30 saniyə işləyir. Yağsız və yüksək temperaturda işin nəticəsi isə çoxlarına məlumdur.

 

Vüqar

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man