Şuşaadından istifadəyə dair məhdudiyyətlər tətbiq ediləcək

26 Aprel 2022 | 20:48
OXUNUB: 1482

Şuşa şəhərinin adından istifadə edilməsi qaydası müəyyənləşir. 

Avtosfer.az xəbər verir ki, yeni qaydalar parlamentin bugünkü iclasında I oxunuşda müzakirəyə çıxarılan “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. 

Layihəyə əsasən, Azərbaycan Respublikasının qanunları ilə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallar istisna olmaqla, aşağıdakı hallarda “Şuşa” sözündən (“Şuşa” sözü olan söz birləşməsindən) istifadəyə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə yol verilir:

- hüquqi şəxslərin, o cümlədən media subyektlərinin adlarında;

- mükafatların və təltiflərin adlarında;

- yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən idman və digər yarışların, konsertlərin, festivalların, sərgilərin, konfransların, seminarların adlarında;

- kommersiya və reklam məqsədilə;

- əmtəə nişanlarında və coğrafi göstəricilərdə.

Həmin hallarla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu öz adından və rəsmi “Şuşa” adından istifadə etməkdə müstəsna hüquqa malikdir.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man