“Lexus”un sahibi: həm suçlu, həm güclü… - VİDEO

26 Aprel 2022 | 20:35
OXUNUB: 1772

"Görüntüdən aydındır ki, moped artıq yolayrıcına daxil olan vaxt “Leksus” qaydanı pozaraq ona yol vermir, bir növ onun üzərinə sürür". Bu sözləri Axar.az-a nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı dünən "Lexus" markalı maşının sürücünün motosiklet sürücüsünü vurararaq keçdiyi, daha sonra isə təhqir edərək döydüyü görüntülər barədə danışarkən deyib. “Vətəndaşlar haqlı olaraq bu cür məmurların özbaşına davranışını həzm edə bilmir. Kimsə özünü maşınının həcminə, geyiminə, qalstukuna görə başqalarından fərqləndirə bilməz. Elə cəmiyyətdə yaşayırıq ki, belə davranışlar yolverilməz və ikrah doğurur. Belə halların baş verməsi hamımızı narahat edir. Ümumiyyətlə, belə hadisələr sürücülər arasında aqressiyanın artmasının bir siqnalıdır”, - ekspert deyib.

Ekspert bildirib ki, bu gün moped sürücüsünə dəyən sillənin sabah hansı sürücüyə dəyəcəyi və yaxud kimin ölümünə səbəb olacağını bilmirik: “Bu hadisədə moped sürücüsü səbrlə davranıb. Demək olar, heç bir reaksiya vermir. Elə taksi sürücüləri var ki, maşınında bıçaq, dəmir parçası beysbol çubuğu gəzdirir. Moped sürücüsü əgər belələrindən olsaydı, mübahisənin nəticəsi ölüm, xəsarət, cinayət olacaqdı”.

Həmçinin E.Muradlı bildirib ki, sürücülər arasında bu kimi halların baş verməməsi üçün ciddi təbliğat işlərinə ehtiyac var. Belə görüntülərin yayılması bir növ ictimai qınaqdır və başqalarına dərs olur.

Qeyd edək ki, “Leksus” sürücüsü Sultan Dadaşovun PA məmuru olduğu iddia edilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man