Sevgilisini aldadıb yarım milyona yaxın pulunu aldı - BAKIDA

Maraqlı 26 Aprel 2022 | 21:37
OXUNUB: 2109

Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən Sevinc Bədəlovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Samir Əliyevin icraatına verilib.

İş üzrə Adəm Mirzəyev zərərçəkmiş qismində iştirak edir.Əldə etdiyimiz məlumata görə, A. Mirzəyev radiotezliklər idarəsində çalışır. S. Bədəlova A. Mirzəyevin yaşadığı binanı yaxınlığındakı gözəllik salonunda çalışıb. Burada tanış olan hər iki tərəfin münasibətləri sonradan 3-4 il sevgililər kimi davam edib.

İttihama əsasən, S. Bədəlova A. Mirzəyevə deyib ki, Latviyanın paytaxtı Riqada yaşayan qardaşı vəfat edib və ondan külli miqdarda əmlak qalıb. Qadın bildirib ki, o əmlakları adına keçirərək biznes qurmaq olar. Bu məqsədlə də o, 2016-2019-cu illər ərzində A. Mirzəyevdən 434 min manat pul alıb. Sonradan isə ortada nə sevgi qalıb, nə də ki biznes.

Aldadıldığını görən Adəm Mirzəyev bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Nəticədə Sevinc Bədəlova saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsilə ittiham elan olunub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man