Bakıda qəzalı binaların inventarizasiyasına başlanılıb

Gündəm 26 Aprel 2022 | 16:00
OXUNUB: 1070

Bakı şəhərində qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə müvafiq  Komissiya yaradılıb. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müvafiq Sərəncamına əsasən yaradılan Komissiyanın tərkibinə şəhər və paytaxt rayonları İcra Hakimiyyətlərinin məsul nümayəndələri daxil edilib.

Komissiyaya Bakı şəhərinin ərazisində yaşayış üçün təhlükəli olan yaşayış binalarının inventarizasiyasının aparılması və bununla bağlı təkliflərin hazırlanması təmin edilməsi tapşırılıb.

Sərəncamda Bakı şəhərinin Rayon İcra Hakimiyyətləri başçılarının balans sahibindən asılı olmayaraq qəzalı binalarda yaşayan sakinlərin təhlükəsizliyinə görə şəxsən məsuliyyət daşıdıqları xüsusi olaraq vurğulanıb.

Artıq Komissiya üzvləri rayonlar üzrə inventarizasiya işlərinə başlayıblar.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man