“Renault” konserni “AvtoVAZ”ı satır

26 Aprel 2022 | 22:32
OXUNUB: 2155

Fransanın “Renault” konserni “AvtoVAZ”ı satmağa hazırlaşır. Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir. Verilən məlumata görə, zavodun yeni sahibi “Rostex” və ya Sənaye və Ticarət Nazirliyinin strukturları ola bilər.

Qeyd edək ki, “Renault” “AvtoVAZ”da 67.61% paya sahibdir. Bununla yanaşı, “Rostex” Avropa İttifaqının sanksiyaları altındadır. Buna görə şirkət “mövcud vəziyyətlə əlaqədar bütün variantları” nəzərdən keçirdiyini bildirib.

Xatırladaq ki, martın 23-ü “Renault” Moskvada istehsalını dayandırıb. Martın sonunda isə şirkət Rusiya bazarından çıxmaq üçün “AvtoVAZ”dakı payını yerli investorlara satmağı planlaşdırdığını deyib.

“Renault”un hesabatına görə, 2022-ci ilin birinci rübündə “AvtoVAZ”ın ümumi gəlirə töhfəsi ötən illə müqayisədə 23.1% azalaraq 527 milyon avro təşkil edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man