“Uzunluğu təxminən 5 km olan Yardımlı-Abasabad yolunun tikintisinə dövlət başçısı tərəfindən təxminən 6 milyon manat vəsait ayırmışdı ”.
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Qasımlı deyib. Deputat bildirib ki, 1 il keçdi, o yol dağıldı: “Hesablama Palatası bildirmişdi ki, bəzi tədbirlər görəcək. O yoldan insanlar tez-tez istifadə edir”.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov isə bildirib ki, həmin məsələ ilə bağlı hələ cari ildə nəzarət tədbiri başlamayıb: “Təqribən bu ilin 3-cü rübünün sonuna Yardımlı-Abasabad yolu ilə bağlı kənar dövlət nəzarəti tədbirinin yekunları ilə bağlı Milli Məclisə rəy təqdim ediləcək”.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man