“8 Noyabr” stansiyasında lift qalmaqalı: “Əvvəlcədən zəng və SMS-lə sifariş verilməlidir” - FOTO - YENİLƏNİB

26 Aprel 2022 | 12:43
OXUNUB: 1095

“8 Noyabr” stansiyasında liftlər işlək vəziyyətdədir”.

Bunu Oxu.Az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov “8 Noyabr” stansiyasında liftlərin işləmədiyinə diar yayılan məlumatlara münasibət bildirərkən deyib. 

O bildirilib ki, hər üç stansiyada yerin üst səviyyəsində olan liftlərdə metropolitenin təhlükəsizliyi baxımından onların istifadə qaydası digər liftlərdən fərqləndirilib. 

“Liftlərin fəaliyyətində heç bir problem yoxdur. Bu, təhlükəsizlik baxımından bu formada tənzimlənir. Yerin üst səviyyəsində olduğundan sifarişlə istifadə edilə bilir. Belə ki, 2019-ci ilin mart ayından “Əlçatan metro layihəsi” üzrə zəng, SMS və mobil əlavə vasitəsilə əvvəlcədən sifariş verə bilirlər. Stansiyaya gəliş saatı dəqiqləşdirildikdən sonra sifariş əsasında liftlə enməyə ehtiyac olan sərnişinlər üçün şərait yaradılır. Stansiya daxilində isə liftlərin fəaliyyəti adi qaydadadır, heç bir problem yoxdur”.

12:20

Bakı Metropoliteninin keçən il istifadəyə verilən stansiyasında lift işləmir.

Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.

Vətəndaş iddia edir ki, dünən metronun “8 Noyabr” stansiyasının yanından keçərkən maraq üçün lifti yoxlayıb və məlum olub ki, lift bağlıdır. 

Stansiyanın Silahlı Qüvvələrin Baş Klinik Hospitalına tərəf olan çıxışında liftin işləməməsi təəccüb doğurub.

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man