Gəncədə qeyri-adi hadisə yaşanıb.
Avtosfer.az-ın məlumatına görə, Gəncə şəhər sakini S.Məmmədov Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzi Xidmətinə müraciət edərək ona məxsus "QAZ 31" markalı avtomobilin oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin yeri şəhər ərazisində müəyyən edilib.
Araşdırmalar zamanı hər kəsi təəccübləndirən məqam ortaya çıxıb. Məlum olub ki, avtomobilin sahibi sərxoş olduğundan sonuncu dəfə avtomobili harada saxladığını unudub. Bu səbəbdən avtomobilinin qaçırlmasını zənn edərək polisə müraciət edib.
Lent.az
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man