Türkiyənin milli müdafiə naziri Hulusi Akar Belçikanın paytaxtı Brüsselə səfər edib.
Sfera.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi öz rəsmi tviter hesabında paylaşıb.
Akar Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin fövqəladə iclasında iştirak edəcək.
Xatırladaq ki, bu gün Brüsseldə NATO müdafiə nazirlərinin fövqəladə iclası keçiriləcək.