Bakıda minik avtomobilinin sürücüsü moped sürücüsünü döyüb. Avtosfer.az-ın məlumatına görə, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Moped sürücüsü Murad Salmanın paylaşdığı görüntülərdən məlum olur ki, yolayrıcında “Lexus” markalı 10-VX-707 dövlət nömrə nişanlı avtomobilin sürücüsü mopedin üzərinə sürür, moped sürücüsü öz növbəsində etiraz etdikdə isə “Lexus”un sürücüsü ona saxlamağı əmr edir. Moped sürücüsü yolun kənarında dayanan zaman avtomobil yaxın məsafədən hərəkət etdiyi üçün onun ayağını zədələyir. Ardınca isə “Lexus”un sürücüsü maşından düşərək moped sürücüsünün üzərinə hücum çəkir və onu döyərək ağır söyüşlərlə təhqir edir.
Qeyd edək ki, "Lexus" markalı, 10-VX-707 dövlət nişanlı avtomobilin sahibi və sürücüsü Sultan Tofiq oğlu Dadaşov yolda hər kəsin gözü qarşısında qoçuluq edib.
S.Dadaşov 2 il əvvəl Prezident İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Sərəncamda qeyd edilib ki, dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyət göstərib.
Hadisənin görüntülərini təqdim edirik:
Nərminə Əli
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man