Nuray yaşayacaq: Canlı efirdə 500 min manat rekord yardım toplandı - VİDEO

Gündəm 25 Aprel 2022 | 21:48
OXUNUB: 1083

Xəbər verdiyimiz kimi, ARB TV-də yayımlanan “Səni axtarıram” verilişində Əmirli Nuray Zəka qızının əməliyyatı üçün yardım kampaniyası elan olunmuşdu.

Bu gün verilişin canlı efirində Nuray Əmirlinin əməliyyatı üçün lazım olan rekord həcmdə yardım məbləği – 500 min AZN toplanıb. Bu barədə məlumatı əməkdar jurnalist Xoşqədəm Hidayətqızı “Səni axtarıram” verilişinin canlı efirində elan edib.  Belə ki, leykoz xəstəliyindən əziyyət çəkən Nuraya ilik nəqli üçün 70 min dollar (120 min manat) məbləğ lazım idi. Qeyd edək ki, kampaniya çərçivəsində yığılan əlavə vəsait xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsi üçün istifadə ediləcək. Məlumat üçün bildirək ki, “Bir milyona 10 uşağı xilas edək!” yardım kampaniyası sabah da davam edəcək.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man