Tarixdə ən bahalı avtomobil nömrələri bunlardır - FOTOLAR

26 Aprel 2022 | 08:49
OXUNUB: 1614

Nömrə nişanı avtomobilin vacib atributu olsa da, ona münasibət ölkəyə və şəxsə görə dəyişir. Avropada ciddi baxılmasa da, Şərqdə nömrə həm də nüfuz məsələsidir.

Avtosfer.az bir neçə gün əvvəl Əbu Dabidəki son nömrə hərracı barədə xəbər vermişdi. İndi isə tarixən satılmış ən bahalı nömrələrdən danışacağıq. 

Beləliklə, 
1 – NO 1
Bu, avtomobil tarixinə ən bahalı nömrə kimi düşüb. Nömrəni 2008-ci ildə Əbu dabidə məşhur biznesmen Əbdül Qafar əl Xuri 13 milyon avroya alıb. Həmin vaxtda bu pula 65 Ferrari və ya 870 Renault Clio almaq olardı 

2 – D5
Bu nömrə 2016-cı ildə 8 milyon avroya satılıb. Xoşbəxt müştəri hindistanlı milyoner Balvinder sahani idi.

 3 - NO 5
Bu nömrə 2007-ci ildə qətərli iş adamı Təlal Əli Məhəmməd Xuri tərəfindən 6 milyon avroya alınıb. Cəmi 1 il sonra əmisi oğlu onu necə deyərlər, taxtdan salıb (NO).  O vaxtdan əmiuşaqları arasında ciddi narazılıq yaranıb.

4 – NO 7
Bu nömrə də Əbu- Dabidə satılıb. 2010-cu ilin fevralında 4 milyon avroya.

5- NO 9
Yenə də eyni il, eyni şəhər.  Qiymət 2,3 milyon avro

6 – 25 O
Bu nömrə nişanının sahibi isə BƏƏ deyil, Böyük Britaniya vətəndaşıdır.  Bu nömrənin qiyməti 610 000 avrodur.

7 – X 1
Yenə Britaniya, il 2012, qiymət 600 000 avro.

8 – G 1
Britaniya, 590 000 avro

9 – F 1
2008-ci il. Ölkə Britaniya, alan ərəb. BƏƏ vətəndaşının 500 000 avroya aldığı nömrənin bugünkü bazar dəyəri 12 milyon avrodur.

10 – S 1
Şotlandiyanın ən bahalı nömrəsi 2008-ci ildə 480 000 avroya alınaraq bir Scodanın üzərinə bağlanıb.

11 – 1 D
Bu xoşbəxt kombinasiya üçün livanlı iş adamı Nabil Bişara 400 000 avro ödəyib.

12 – M 1
Bu nömrəni 2006-cı ildə britaniyalı iş adamı 390 000 avroya alaraq oğluna hədiyyə edib.  İndiki dəyəri 1 milyon avrodan çoxdur.

Hörmətli oxucu, bu xəbərə müxtəlif prizmadan (iqtisadi, dini, siyasi və s.) münasibət bildirmək mümkün idi. Lakin lüzum görmədik.

Lakin bir məsələni unutmayaq ki, bu rekordlar daimi deyil. Bəlkə də sən bu xəbəri oxuduğun anda kimsə daha bahalı nömrə alacaq.

 

Vüqar Yaşaroğlu

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man