"Aston Martin" yeni Racing Green strategiyasını təqdim edib

25 Aprel 2022 | 16:18
OXUNUB: 663

Mövcud olduğu 109 il ərzində Britaniyanın Aston Martin şirkəti demək olar ki, 109 min avtomobil istehsal edib. Qeyd etmək gərəkdir ki, onların da təxminən 95 faizi hələ də işlək vəziyyətdədir. Bütün bu avtomobillərdə daxili yanma mühərrikləri quraşdırılıb, lakin elektrikləşmə kimi ümumi tendensiya bu istehsalçıdan da yan keçməyib. Aston Martin şirkəti Racing.Green adlı inkişaf strategiyası hazırlayıb.

Şirkətin ilk hibridi artıq Aston Martin Valkyrie hiperkarı olub. Lakin bu, kiçik miqyaslı və çox bahalı modeldir və hətta elektrik şəbəkəsinə qoşulmaq imkanına malik deyil. Beləliklə, ilk tamölçülü elektrikləşdirilmiş seriya avtomobili 2024-cü ildə bazara çıxacaq ortamühərrikli Aston Martin Valhalla plagin hibridi olacaqdır.

2025-ci ildə sır elektriklə işləyən Aston Martin modelinin debütü gözlənilir, 2026-cı ildə isə, bütün ailələrdə elektrikləşdirilmiş modifikasiyalar olacaqlar. Nəhayət, 2030-cu ilə qədər bütün çeşid yalnız təkrar doldurulan hibridlərdən və ya elektromobillərdən ibarət olacaqdır.

Racing Green strategiyası təkcə model çeşidinin inkişafına aid deyil. İstehsal prosesi də yaşıllaşacaqdır. Məsələn, artıq bu il Cənubi Uelsdəki zavodun damında 14 min ədəd günəş paneli quraşdırılacaqdır (orada Aston Martin DBX krossoverləri istehsal edirlər).

Bu panellər 6,4 meqavat elektrik enerjisi hasil edərək şirkətin tələbatının 20 faizini ödəyəcəklər. Şirkətin zavodları 2030-cu ilə qədər, bütün tədarük zənciri isə 2039-cu ilə qədər karbon-neytral olmalıdırlar

Racing.Green planının icrasına Anna Stivensin rəhbərlik etdiyi xüsusi olaraq yaradılmış komitə nəzarət edəcəkdir. Bu strategiyanın başqa maraqlı məqamı isə budur: növbəti beş il ərzində Aston Martin şirkətində bütün rəhbər vəzifələrin ən azı dörddə birini qadınlar tutulmalıdırlar.

autograph.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man