Metro çıxışında telekanal işçilərinə niyə hücum edildi? - AÇIQLAMA - VİDEO

25 Aprel 2022 | 15:58
OXUNUB: 789

Bakıda çəkiliş aparan “ATV” kanalının əməkdaşlarına hücum edilib. Sözügedən video “20 Yanvar” metro stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər izləyicilər tərəfindən birmənalı qarşılanmayaraq müzakirələrə səbəb olub. 

Baku.ws həmin görüntülərlə bağlı rəsmi açıqlama almaq üçün “Azad Azərbaycan” Teleradio Şirkətinin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli ilə əlaqə saxlayıb.

O bildirib ki, baş verən hadisə ilə bağlı artıq hüquq-mühafizə orqanlarına xəbər verilib: “Bizim əməkdaşlar “20 Yanvar” metro stansiyası yaxınlığındakı ərazidə olan satıcıların satışdan sonra yaratdığı anti-sanitar vəziyyətlə bağlı çəkiliş aparıblar. Həmin vaxt bəzi satıcılarla bizim əməkdaşlar arasında insident yaşanıb. Biz o məsələ ilə bağlı artıq hüquq-mühafizə orqanlarına xəbər vermişik. Onlar məsələ ilə bağlı araşdırmalara başlayıblar”.

Sözügedən hadisənin görüntülərini təqdim edirik:

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man