Rusiya S-500-lərin istehsalına başlayıb

25 Aprel 2022 | 15:38
OXUNUB: 876

Rusiya S-500 (Prometey) hava hücumundan müdafiə sisteminin artıq seriyalı istehsalına başlayıb.

Bu barədə - “Almaz-Antey” hava kosmik müdafiə konserninin baş direktoru Yan Novikov bildirib.

“Hazırda yerli elm və texnologiyanın ən son nailiyyətlərindən istifadə etməklə S-500 hava hücumundan müdafiə sisteminin seriyalı istehsalı təşkil olunub. Bu sistemin döyüş qabiliyyəti əvvəllər yaradılmış Zenit-Raket Sistemləri və Zenit-Raket Komplekslərinin imkanlarını xeyli üstələyir. S-500 gücünə görə Rusiya hava kosmik müdafiə qoşunlarının əsası olmağa qadirdir. O, dövlətin müdafiə sifarişi ilə müəyyən edilmiş vaxt çərçivəsində qoşunların tərkibinə daxil olacaq”, - Novikov “Nasionalnaya Oborona” jurnalına müsahibəsində bildirib.

Qeyd edək ki, S-500 "Prometey" yeni nəsil yer-hava tipli hava hücumundan müdafiə sistemlərinə aiddir. S-500-ün hədəfi vurma radiusu təxminən 600 kilometrdir.

marja

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man