“Öyrənək, uşaqları da öyrədək!” adlı təlim keçirilib - FOTO

Gündəm 25 Aprel 2022 | 15:18
OXUNUB: 705

21-22 aprel tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyi və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin razılığı ilə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən Gəncə şəhərində respublika uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək rəhbərləri üçün yol hərəkəti qaydalarına aid “Öyrənək, uşaqları da öyrədək!” adlı təlim keçirilib. Təlimdə Gəncə, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Gədəbəy, Goranboy, Göygöl, Samux, Bərdə, Daşkəsən, Tərtər, Yevlax, Naftalan, Mingəçevir, Ağdam, Xocalı və Füzuli rayonları uşaq-gənclər inkişaf mərkəzlərinin 31 əməkdaşı iştirak edib. Onların arasında Qazax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova, Daşkəsən rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Nuriyə Musayeva, Yevlax  rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Aysel Nəsibova və Gəncə Şəhər Təhsil Şöbəsinin nümayəndəsi Kifayət Qurbanova da olub.

Məqsəd “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələri yerinə yetirmək və yol hərəkəti qaydalarını regionlarda təbliğ etməkdən ibarət olmuşdur. 

İştirakçı rayonların uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək rəhbərlərinə  iki gün ərzində “Öyrənək, uşaqları da öyrədək!” devizi altında “Svetofor”, “Yolu keçmə qaydaları”, “İctimai nəqliyyatda davranış qaydaları”, “Yol nişanları”, “Yol hərəkəti iştirakçıları”, “Küçə, yol, yolayrıcı” mövzularındada   təlim keçirilib.

Təlim zamanı təqdim olunan öyrədici çalışmaları  iştirakçılar həvəslə yerinə yetirib. Yol hərəkəti qaydalarını uşaqlara  oyun, sual-cavab, labirint, rebus, krossvord, pazl, rəngləmə materiallarından istifadə edilərək öyrədilməsi tövsiyə olunub, yol hərəkəti ilə bağlı görüləcək işlər müzakirə olunub. Sonda təlimlə bağlı sorğu keçirilib. Belə təlimlərin tez-tez keçirilməsi arzu edilib.

Bütün təlim iştirakçılarına Sertifikatlar verilib, təlim materiallarının elektron variantı təqdim olunub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man