“Renault” konserni “AvtoVAZ”ı SATIR

25 Aprel 2022 | 15:29
OXUNUB: 811

Fransanın “Renault” konserni “AvtoVAZ”ı satmağa hazırlaşır.

Avtosfer.az Banker.az-a istinadən xəbər verir ki,  zavodun yeni sahibi “Rostex” və ya Sənaye və Ticarət Nazirliyinin strukturları ola bilər.

Qeyd edək ki, “Renault” “AvtoVAZ”da 67.61% paya sahibdir. Bununla yanaşı, “Rostex” Avropa İttifaqının sanksiyaları altındadır. Buna görə şirkət “mövcud vəziyyətlə əlaqədar bütün variantları” nəzərdən keçirdiyini bildirib.

Xatırladaq ki, martın 23-ü “Renault” Moskvada istehsalını dayandırıb. Martın sonunda isə şirkət Rusiya bazarından çıxmaq üçün “AvtoVAZ”dakı payını yerli investorlara satmağı planlaşdırdığını deyib.

“Renault”un hesabatına görə, 2022-ci ilin birinci rübündə “AvtoVAZ”ın ümumi gəlirə töhfəsi ötən illə müqayisədə 23.1% azalaraq 527 milyon avro təşkil edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man