Azərbaycanda dizel mühərrikli və istismar müdəti yeddi ildən az olan avtomobillərin qiyməti 20% artıb.
Bunu Trend-ə açıqlamasında avtomobil sahəsi üzrə ekspert Elməddin Muradlı deyib.
Onun sözlərinə görə, dizel avtomobillərinin qiymətinin artmasına səbəb ölkəmizə gətirilərkən onlara tətbiq edilən dövlət rüsumlarının artmasıdır.
"Dizel mühərrikli avtomobillərə qoyulan rüsumların artması ətraf mühitin çirklənməsinin qarşısını almaqdır. Hazırda 2,5 dizel mühərrikli avtomobillərdə qiymət 1500 manat bahalaşıb və ucuzlaşma gözlənilir. Köhnə və benzinlə işləyən avtomobillərin qiymətində isə qiymət artımı olmayıb", - deyə E.Muradlı bildirib.
Ekspertin sözlərinə görə, Rusiya istehsalı olan avtomobillərlə bağlı da bazarda durğunluq var:
"Çünki Rusiyada artıq avtomat ötürücü qutuya malik avtomobillər istehsal olunmur. Bunun səbəbi odur ki, "AvtoVAZ" şirkəti ötürücü qutuları Yaponiyadan, Koreyadan və Almaniyadan alırdı. Ukrayna ilə müharibədən başlayandan bəri həmin məhsulları ala bilmir. Ona görə ancaq mexaniki ötürücü qutuları olan avtomobillər istehsal edilir. Belə avtomobillərə də artıq bazarda maraq yoxdur", - ekspert vurğulayıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man