Dəhşətli qəzada ölən ər-arvadla bağlı yeni xəbər - TƏFƏRRÜAT - FOTO

Yol qəzaları 25 Aprel 2022 | 11:38
OXUNUB: 12477

Kürdəmirdə baş vermiş ağır yol qəzasında vəfat edən ər və arvadının rayondan Bakıya qayıdarkən qəzaya düşməsi məlum olub. Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı-Qazax magistralının 204-cü kilometrliyində “Toyota RAV4” markalı 90 CY 204 dövlət qeydiyyat nişanlı avtomobilin betona çırpılması nəticəsində sürücü 1961-ci təvəllüdlü Qafarov Pərviz Sərvaz oğlu və onun həyat yoldaşı 1968-ci il təvəllüdlü Qafarova Afət Cavad qızının vəfat etməsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması – 2 və ya daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə iş açılıb.

Məlum olub ki, Bakı şəhər Yasamal rayon sakini olan ər və arvadı aprelin 21-də Naftalana gedib. Daha sonra onlar Şəmkirə gedərək oradakı dostları ilə görüşüblər. Aprelin 22-də isə Pərviz Qafarov həyat yoldaşı ilə paytaxta qayıdarkən avtomobilin idarəetməsini itirərək qəza törədib.

İlkin araşdırmalar zamanı hadisə vaxtı sürücü və sərnişinin təhlükəsizlik kəmərindən istifadə etməməsi, bu səbəbdən də qəza nəticəsində aldıqları xəsarətlərdən hadisə yerində vəfat etmələri məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man