Bakı-Sumqayıt yolunda qaydaları kobud şəkildə pozan sürücü hərəkətdənolan avtomobillərə təhlükəli anlar yaşadıb. Həmin hadisənin görüntüsü avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, 90-KU-355 qeydiyyat nişanlı "Toyota Land Crusier" markalı avtomobilin sürücüsü aprelin 18-də sözügedən yolda hərəkət edərkən görüntünü qeydə alan sürücüdən ona yol verməsini istəyib. Qarşıdakı sürücü ötmə əməliyyatı həyata keçirdiyi üçün arxadan yüksəsk sürətlə gələ avtomobilə yol verməyə şərait yaranmayıb. Bundan qəzəblənən "Toyota"nın sürücüsü sağdan ötmə edərək görüntünü qeydə alan sürücünün qarşısına keçib və dəfələrlə qəfil tormoz verərək qəza şəraiti yaradıb. Həmin sürücünün əməlində avtoxuliqanlıq hərəkətləri olduğu üçün sərt şəkildə cəzalandırılmalıdır.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər avtoxuliqanlıq hesab edilir.
Şəfa
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man