Çin Milli Kosmik İdarəsi (ÇMKİ) yaxın bir neçə ildə Yer kürəsi üçün təhlükə yaradan asteroidlərin zərərsizləşdirilməsi layihəsini həyata keçirməyə başlayacaq.
Avtosfer.az Çin Mərkəzi Televiziyasına istinadən xəbər verir ki, bu barədə idarənin sədr müavini Vu Yanhua bildirib. “Biz 14-cü Beşilliyin (2021-2025) sonuna qədər və ya 2025-2026-cı illərdə Yer üçün təhlükə yaradan hər hansı asteroidin yaxın məsafədən müşahidəsi texnologiyalarını sınaqdan keçirməyə çalışacağıq. Onların köməyi ilə biz toqquşma həyata keçirəcəyik, bunun nəticəsində bu göy cismi öz orbitindən kənarlaşdırılacaq”, - o, Çin Mərkəzi Televiziyasına deyib. ÇMKİ rəhbərinin müavininin sözlərinə görə, Çin planet üçün təhlükə yaradan obyektlər barədə əvvəlcədən məlumat verəcək effektiv yer və kosmos sistemi yaratmağa hazırlaşır. Eyni zamanda çinli mütəxəssislər bu cür göy cisimlərinin yaxınlaşmasının qarşısını ala biləcək texnologiyalar hazırlamağı planlaşdırırlar:
“Beləliklə, Çin bir daha öz töhfəsini verəcək. Bunun vasitəsilə bəşəriyyət asteroidlərin Yer üçün yaratdığı təhlükəyə həqiqətən də qarşı çıxacaq”.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man