“Microsoft” virtual reallıq (VR) əlcəyini patentləşdirib.
Bu barədə “PatentlyApple” öz mənbələrinə istinadla xəbər yayıb. Bildirilir ki, əlcəklər virtual obyektləri götürərkən fiziki toxunma hissini təmin edəcək. “Microsoft” mühəndisləri əlcəyin arxasına xüsusi güc mexanizmi yerləşdirməyi, onu sensorlar və yığcam mühərriklərlə təchiz etməyi təklif ediblər. VR-də obyektlə təmas halında sensorlar mühərriklərə siqnal göndərəcək, bu da obyektlə toxunuşu simulyasiya edəcək.
Patentə əsasən, ixtira edilmiş qurğu peşəkar mühitdə və video oyunlarda istifadə üçün nəzərdə tutulub.
Jurnalistlər qeyd ediblər ki, VR əlcəkləri “Xbox”da virtual reallıq oyunlarında istifadə oluna bilər, lakin “Microsoft”un bu istiqamətdə planları barədə heç nə məlum deyil.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man