Kiberhücumların qarşısını almaq üçün önəmli addım - VİDEO

23 Aprel 2022 | 23:15
OXUNUB: 1058

Real həyatda təhlükəsizliyimizin önəmli olması kimi virtual aləmdə də bu ən önəmli məsələlərdən biridir. Bütün dünyada olduğu kimi ölkəmizdə də kibercinayətkarlığa qarşı mübarizə tədbirləri genişəndirilir. Bu məqsədlə artıq assosiasiya da təsis edilib. Ekspertlər deyirlər ki, yeni assosiasiya kibertəhlükəsizliyin gücləndirilməsi üçün səmərəli bir platforma olacaq. 

Ölkənin milli maraqlarının qorunmasında Kibertəhlükəsizlik önəmli yerlərdən birini tutur. Bunu İKT eksperti Osman Gündüz deyib. Ekspert bildirib ki, ölkəmizdə artıq bir çox sahələr internetə inteqrasiya olunub. Müasir dünyada informasiya sistemlərinin qorunması mühüm əhəmiyyət kəsb edir. Ekspert vurğulayıb ki, Azərbaycan kibercinayətkarlıqla bağlı konvensiyalara da qoşulub. Osman Gündüz bildirib ki, kiberhücumlarla bağlı problemlər bütün dünyada yaşanır. Müxtəlif ölkələrdə dövlət qurumlarının informasiya sistemi dağıdılaraq məlumatlar oğurlanır. Son dövrlər ölkəmizdə də belə neqativ halların qarşısını almaq üçün mübarizə tədbirləri gücləndirilib. Ekspert deyir ki, Azərbaycanda yeni yaradılan assosiasiya  kibercinayətkarlığa qarşı mübarizə imkanlarını daha da genişləndirəcək. Ekspert əlavə edib ki, assosiasiya bu sahədə yeni təkliflərin hazırlanıb hökümətə təqdim edilməsində mühüm rol oynayacaq. Yeni qurum ən son texnoloji yenilikləri tətbiq edəcək.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man